İyun ayında qonşu ölkə xarici turizmdən 340 mln. dollar qazanıb İyun ayında qonşu ölkə xarici turizmdən 340 mln. dollar qazanıb

Gürcüstanın turizmdən gəliri artıb

İyun ayında qonşu ölkə xarici turizmdən 340 mln. dollar qazanıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 1,5 mlrd. dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə gəlirdə 95,4 mln. dollar və ya 7% artım qeydə alınıb.

Yalnız iyun ayında isə qonşu ölkə xarici turizmdən 340 mln. dollar qazanıb. Bu da ötən ilin analoji göstəricisindən 14,6 mln. dollar, yaxud 4,5% çoxdur.(report.az)

AzNews.az