Portuqaliya İrana viza verilişini dayandırdı, səbəbi...

"Konsulluqdakı tikinti işləri təhlükəsizliyin gücləndirilməsi baxımından zəruridir"

Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, İran vətədaşlarına viza verilməsi müvəqqəti olaraq dayandırılıb.

“RİA Novosti” xəbər verir ki, buna səbəb Portuqaliyanın Tehrandakı konsulluğunda tikinti işlərinin aparılmasıdır.

Daha öncə Portuqaliya XİN rəhbəri Auqustu Santuş Silva da təhlükəsizlik məsələlərinə görə viza verilişinin dayandırıldığını deyərək, ətraflı məlumat təqdim etməmişdi.

XİN-dən qeyd ediblər ki, konsulluqdakı tikinti işləri təhlükəsizliyin gücləndirilməsi baxımından zəruridir. Əlavə edilib ki, vizaların verilişinin dayandırılması İrandakı təhlükəsizlik şəraiti və ya siyasi motivlərlə bağlı deyil.(oxu.az)

AzNews.az