Əmlak alan xaricilər sırasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər Əmlak alan xaricilər sırasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər

Gürcüstanda daşınmaz əmlak alan əcnəbilərin sayı artıb

Əmlak alan xaricilər sırasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər

Son 4 il ərzində Gürcüstanda daşınmaz əmlak alan xarici ölkə vətəndaşlarının sayı artıb.

Bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Məlumatda deyilir ki, Gürcüstanda daşınmaz əmlak alan xaricilər sırasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər.

Hesabat dövründə Rusiya vətəndaşları Gürcüstanda 15133 daşınmaz əmlak alıblar. Bu da, Gürcüstanda daşınmaz əmlak alanların 40 faizini təşkil edir. Siyahıda ikinci yerdə İran (5598), üçüncü yerdə 2599 əmlakla Ukrayna vətəndaşları dayanırlar.

Gürcüstanda, həmçinin 1634 İsrail vətəndaşının, 1447 Ermənistan, 1226 Türkiyə, 1192 Azərbaycan və 1182 nəfər ABŞ vətəndaşının adına daşınmaz əmlak qeydə alınıb. Onların böyük əksəriyyəti Gürcüstanda əsasən çoxmənzilli yaşayış binalarından əmlak alıblar.

Bundan başqa, torpaq alanların sayında da müəyyən artım qeydə alınıb.(AZƏRTAC)

AzNews.az