"Ərdoğan bu gizli əlləri görüb" "Ərdoğan bu gizli əlləri görüb"

İran: Türkiyə ilə münasibətlərimiz heç bu qədər yaxşı olmamışdı, amma...

"Ərdoğan bu gizli əlləri görüb"

"Cənab Ərdoğanın İraqdakı qarışıqlıqların başqa ölkələrə də sıçraya biləcəyi barədə açıqlaması yerində və vacib xəbərdarlıqdır".

AzNews.az ISNA-ya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəzi gizli əllər İslam ölkələrində qarışıqlıq yaratmaq istəyir:

"Ərdoğan bu gizli əlləri görüb. Bizə xəbərdarlıq etdilər, buna görə onları təqdir edirik".

A. Musəvi Suriya fonunda Türkiyə-İran münasibətlərini dəyərləndirib:

"Türkiyə ilə münasibətlərimiz zirvədədir. Heç bu qədər yaxşı olmamışdı, amma bu İranın mövqeyini dəyişdirdiyi demək deyil".

Sözçü rəsmi Tehranın ölkələrin ərazi bütövlüyünün pozulmasına qarşı olduğunu bildirib və deyib:

"Əvvəl də qeyd etdiyimiz kimi, Türkiyənin narahatlığını anlayırıq və buna diqqət yetirilməlidir".

A.Musəvi "Barış Pınarı" hərəkatı zamanı İran daxilində bəzi qeyri-rəsmi açıqlamaların verildiyini qeyd edib. O, həmin açıqlamaların rəsmi Tehranın mövqeyini sərgiləmədiyini vurğulayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, İraqda baş verənlərin arxasında kimlərin olduğunu təxmin etdiklərini bildirib.

"Təbii ki, bunun İrana sıçrayacağı təqdirdə vəziyyətin necə dəyişəcəyini də təxmin edirik. Çünki dərdləri İslam dünyasını bölmək, parçalamaq və aralarında ixtilaf salmaqdır", - Ərdoğan deyib.

Pərvanə

AzNews.az