İranda koronavirusdan ölənlərin sayı sürətlə artır

Bu barədə İran Səhiyyə nazirinin müşaviri Əlirza Vəhabzadə öz tvitter hesabında açıqlama yayıb

İranda son 24 saat ərzində 2901 yeni yoluxma faktı aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə İran Səhiyyə nazirinin müşaviri Əlirza Vəhabzadə öz tvitter hesabında açıqlama yayıb.

“Ötən gün ərzində 2901 yoluxma faktı aşkarlanaraq ümumi say 38,309-a çatıb. 12,391 nəfər isə sağalaraq evinə buraxılıb”, - deyə Vəhabzadə vurğulayıb.

O, həmçinin bildirib ki, son gün ərzində koronavirusdan ölənlərin sayı da 123 nəfər artaraq 2640-a çatıb.

Qeyd edək ki, dünya üzrə 672,086 insan koronavirusa yoluxub. 31,191 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.