Bu barədə Tbilisidə ABŞ səfirliyinin “Facebook” səhifəsində məlumat dərc olunub Bu barədə Tbilisidə ABŞ səfirliyinin “Facebook” səhifəsində məlumat dərc olunub

ABŞ Gürcüstana 64 milyon dollardan çox yardım edəcək

Bu barədə Tbilisidə ABŞ səfirliyinin “Facebook” səhifəsində məlumat dərc olunub

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəyəri 64 milyon dollardan çox olan Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstək layihəsinin icrasına başlayır.

AzNews.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Tbilisidə ABŞ səfirliyinin “Facebook” səhifəsində məlumat dərc olunub.

“ABŞ hökumətinin maliyyə dəstəyi ilə USAID/Georgia filialının Gürcüstan iqtisadiyyatının inkişafı və Avro-Atlantik inteqrasiyasının dəstəklənməsi üçün 64 milyon dollardan çox yardıma başlamısını xəbər verməkdən çox məmnunuq. Bu maliyyə Gürcüstan və ABŞ arasında inkişafa dair razılaşmanın bir hissəsidir”, - səfirlikdən verilən məlumatda belə deyilir.