Qərarın Tbilisi və Rustavi şəhərlərinə də aid ediləcəyi gözlənilir Qərarın Tbilisi və Rustavi şəhərlərinə də aid ediləcəyi gözlənilir

Gürcüstanda sərbəst hərəkət bərpa olunur

Qərarın Tbilisi və Rustavi şəhərlərinə də aid ediləcəyi gözlənilir

Gürcüstanın Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışa qoyulan qadağa mayın 5-dən etibarən ləğv ediləcək.

AzNews.az “Sputnik-Georgia.ru”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya açıqlama verib. Bildirib ki, həftənin sonuna qədər qərarın Tbilisi və Rustavi şəhərlərinə də aid ediləcəyi gözlənilir.

“Sabahdan etibarən Batumi və Kutaisidə bütün növ hərəkət məhdudiyyətləri ləğv olunacaq. Yaxın günlərdə Tbilisi və Rustavi ilə əlaqədar müvafiq qərar qəbul ediləcək. Bu qərarlar ətraf bölgələrdəki epidemioloji vəziyyətlə birbaşa bağlıdır. Ümid edirik ki, məsələ bu həftənin sonuna qədər müsbət yöndə həll olunacaq”,- deyə Baş Nazir bildirib.

Qeyd edək ki, aprelin 15-dən etibarən Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış qadağan edilmiş və sərbəst hərəkətə məhdudiyyətlər qoyulmuşdu.