Eyni zamanda 177 852 nəfər virusdan sağalıb Eyni zamanda 177 852 nəfər virusdan sağalıb

İranda bir gündə 100-dən çox koronavirus xəstəsi öldü

Eyni zamanda 177 852 nəfər virusdan sağalıb

İranda son sutka ərzində 2 628 yeni koronavirusa yoluxma aşkar edilib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son gündə 109 insan virusun qurbanı olub. Bununla da ölkədə ümumi yoluxma sayı 217 724-ə, ölüm faktları isə 10 239-a çatıb.

Eyni zamanda 177 852 nəfər virusdan sağalıb.

Qeyd edək ki, İranda iyunun 14-dən başlayaraq, bir gün istisna olmaqla, hər gün 100-dən çox insan virusdan ölür.