- Ermənistan və Gürcüstan
- 2 Avqust 2020 18:11
- 5 907
İranda daha 208 nəfər Covid-19-dan dünyasını dəyişdi
Ölkədə ümumi yoluxma sayı 309 437 nəfər olub
İranda koronavirusdan dünyasını dəyişənlərin sayı daha 208 nəfər artaraq 17 190-a yüksəlib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, İranın Səhiyyə nazirinin sözçüsü Sima Sədat Lari dövlət televiziyasına açıqlamasında daha 2 685 nəfərdə isə virus aşkarlandığını bildirib. Bununla da ölkədə ümumi yoluxma sayı 309 437 nəfər olub.
Virusa yoluxanlardan 4089 pasiyentin vəziyyətinin ağır olduğunu deyən Lari sağalanların sayının 268 102-yə yüksəldiyini qeyd edib.