Bu günə qədər Gürcüstandan Azərbaycana 2379 nəfər təxliyə edilib Bu günə qədər Gürcüstandan Azərbaycana 2379 nəfər təxliyə edilib

Gürcüstandan Azərbaycana 281 nəfər təxliyə olunub

Bu günə qədər Gürcüstandan Azərbaycana 2379 nəfər təxliyə edilib

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, həmin şəxslərdən 123-ü Azərbaycan vətəndaşıdır:

"Digər şəxslər isə Azərbaycanda yaşamaq hüququ olan əcnəbilərdir. Onlardan 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır".

Qeyd edək ki, bu günə qədər Gürcüstandan Azərbaycana 2379 nəfər təxliyə edilib. Onlardan 1299-u Azərbaycan, 1037 nəfər Gürcüstan, 43 nəfər isə digər ölkə vətəndaşlarıdır. (Trend)

AzNews.az