Hadisə nəticəsində heç kim zərər görməyib Hadisə nəticəsində heç kim zərər görməyib

Gürcüstanda xəstəxanaya silahlı hücum edildi

Hadisə nəticəsində heç kim zərər görməyib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində xəstəxanaya silahlı hücum edilib.

AzNews.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Sputnik Gürcüstan”a verilən məlumata görə, polis paytaxtın kənarındakı Tbilisi Dəniz Xəstəxanasında silahlı şübhəlilərinin tutulması üçün intensiv əməliyyat və istintaq tədbirləri həyata keçirir.

Klinikaya neçə nəfərin və hansı məqsədlə hücum etdiyi barədə hələ məlumat verilməyib.

İlkin məlumata görə, hadisə nəticəsində heç kim zərər görməyib.

Hadisə ilə bağlı “Mütəşəkkil törədilən soyğunçuluq” maddəsi ilə cinayət işi başladılıb.