İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni belə deyib İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni belə deyib

"Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılmasına hazırıq"

İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni belə deyib

“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.

O bildirib ki, Azərbaycan və İran sərhədyanı rayonlarının əməkdaşlığı ilə müştərək sənaye şəhərciyinin yaradılması mümkindür:

"Lazımi razılıqlar əldə olunan kimi, bu sahədə müştərək sərmayə qoyuluşuna başlanılacaq. Müştərək sənaye şəhərciyində iki ölkənin müştərək zavodlarının tikilməsi üçün Ərdəbil əyalətində geniş potensial mövcuddur."

O qeyd edib ki, Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılması İran iqtisadiyyatı üçün önəmli nailiyyətdir.

Bu iki ölkə arasında iqtisadi və müştərək əməkdaşlığı genişləndirəcək.

AzNews.az