Bununla da İranda bu virusdan ölənlərin sayı 76 231 nəfərə yüksəlib Bununla da İranda bu virusdan ölənlərin sayı 76 231 nəfərə yüksəlib

İranda daha 297 nəfər koronavirusun qurbanı oldu

Bununla da İranda bu virusdan ölənlərin sayı 76 231 nəfərə yüksəlib

İranda ötən sutka ərzində 297 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzNews.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 76 231 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 14 246 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 722 007 nəfərə çatıb. Virus daşıyıcılarından 5 481 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 2 179 890 nəfər koronavirusdan sağalıb, 17,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda təxminən 2 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,67 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 330 min təşkil edir.