İran Azərbaycanın 3+3 formatlı əməkdaşlıq təklifini dəstəkləyir

İran XİN sözçüsü belə deyib

“Azərbaycan torpaqlarının azad edilməsi Cənub Qafqaz ölkələri ilə İran İslam Respublikası, Rusiya və Türkiyə arasında ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında əməkdaşlıq üçün uyğun bir zəmin hazırlanmasına səbəb olub”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə mətbuata açıqlamasında bildirib.

Rəsmi Bakının 3+3 formatlı (Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan) əməkdaşlıq təklifinə münasibət bildirən diplomat deyib: “Biz Cənubi Qafqazın üç dövləti, Rusiya və Türkiyə ilə yaxın əlaqələrə malikik. Başqa sözlə İran belə bir əməkdaşlığın ilk addımlarını ata bilər”. (report)