Məlumatda qeyd olunub ki... Məlumatda qeyd olunub ki...

Ərdoğan Qaribaşvili ilə üçtərəfli formatı müzakirə edib

Məlumatda qeyd olunub ki...

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı İ.Qaribaşvili Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində həlak olanlara və dəyən zərərə görə Gürcüstan hökuməti və xalqı adından R.T.Ərdoğana başsağlığı verib. R.T.Ərdoğan öz növbəsində Gürcüstan Baş nazirinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Məlumatda qeyd olunub ki, söhbət İ.Qaribaşvilinin iyunun 1-də Ankaraya baş tutmuş rəsmi səfərinə köklənib. Hökumət başçısı yüksək qonaqpərvərliyə görə Türkiyə Prezidentinə təşəkkür edib. R.T.Ərdoğan İ.Qaribaşvilini Türkiyəyə növbəti səfərini etməyə dəvət edib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafının vacibliyi və perspektivləri barədə də söhbət aparılıb.