İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub

"Hərbi gücümüz dostlarımıza qarşı təhdid sayıla bilməz” - İran səfiri

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub

“İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

Aznews.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: “Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.