İrandakı daşqında 61 nəfər ölüb

32 nəfər itkin düşüb

İranda baş verən daşqında bir həftə ərzində ümumilikdə 61 nəfər ölüb.

Aznews.az xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatlar İdarəsinin rəhbəri Mehdi Vəlipur deyib.

Onun sözlərinə görə, 32 nəfər itkin düşüb.

Daha əvvəl 56 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Təbii fəlakət 18 vilayətə zərər vurub.

Meteoroloqlar bazar ertəsinə qədər dağlarda və çay sahillərində gəzintidən çəkinməyə çağırır.