Bu gün Bərdə rayonunda qətl törədilib. Bu gün Bərdə rayonunda qətl törədilib.

Vidadi Bərdəlinin adam öldürən oğlu qeyri-rəsmi nikahdan imiş - Yenilənib 2

Bu gün Bərdə rayonunda qətl törədilib.


Rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.

Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.

Lent.az

***
15:00


Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Aygün Heybətova oğlunun həbs olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, AzNews.az-a bildirib ki, Tural Allahverdiyev adında oğlu yoxdur: "Mən 35 il Vidadi ilə həyat yoldaşı olmuşam. Mənim 3 qızım, 1 oğlum var. Oğlumun adı Əhməddir, bu dəqiqə də yanımdadır. Tural adında oğlum yoxdur. Belə yalnış məlumat olar? Belə məlumatlar insana başağırısı gətirər".


***
15:31


Bərdə Rayon Prokurorluğu 24 yaşlı Məkan İsmayılovun qətli ilə bağlı açıqlama verib.

Prokurorunun köməkçisi Şamil Paşayev AzNews.az-a M.İsmayılovu qətlə yetirən şəxsin həqiqətən də Vidadi adlı bir nəfərin oğlu olduğunu deyib: "Cinayət hadisəsi baş verib. Qətli törədən Vidadi oğludur. Amma müğənni Vidadidir, ya yox, bu haqda prokurorluqda məlumat yoxdur".

***
15:49


Anspress-inin məlumatına görə, Tural Allahverdiyev bir neçə il öncə dünyasını dəyişən müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nigahdan olan oğludur.

Hadisənin başvermə səbəbləri hələlik bilinmir. Tutulan şəxs bundan əvvəl də 3 dəfə məhbəs həyatı yaşayıb.