Moskvada biznesmen öldürülüb. Moskvada biznesmen öldürülüb.

Azərbaycanlı biznesmen güllələndi, cəsədi 3 saat küçədə qaldı - Moskvada

Moskvada biznesmen öldürülüb.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, cinayət bu gün axşam saatlarında törədilib. Moskva İstintaq Komitəsinin müstəntiqləri qətlin killer tərəfindən törədildiyini bildiriblər və hazırda sifarişli ölümün səbəblərini müəyyənləşdirirlər.

Məlumata görə, hadisə baş verən zaman Cambulat Şamil oğlu evinə qayıdırmış. Naməlum şəxslər ona yeraltı dayanacaqdan çıxıb binanın girişinə doğru gedərkən hücum ediblər. Biznesmenə 4 dəfə atəş açılıb və sonda baş nahiyəsinə atəş edilib.

O, səhər arvadı tərəfindən tapılana qədər 3 saat küçədə qalıb. Mərhumun qonşuları bildirirlər ki, təxminən gecə saat 3 radələrində atəş səsi eşidiblər. Lakin heç kim bayıra çıxmağa cəsarət etməyib.


Məlumata görə, Cambulat Şamil oğlu meyvələrin topdan alınması, həmçinin tikinti ilə məşğul olub.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri işləyirlər.

Onu da bildirək ki, Cambulat Şamil oğlunun azərbaycanlı olduğu deyilir.

Aydan AXUNDOVA