- Köhnə - Kriminal
- 30 Mart 2016 21:38
- 9 832
Almaniyada azərbaycanlını vəhşicəsinə öldürdülər - İstintaq gedir
Avropada daha bir həmvətənimizin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
AzNews.az-ın məlumatına görə, Almaniyanin Düseldorf şəhəri yaxınlığında yaşayan, 16.06.1969-cu ildə Ermənistanda doğulmuş İsmayılov Muradbəy Məmməd oğlunun yaşadığı mənzildən meyiti tapılıb. Meyitin çənə ve boğaz nahiyyəsində zorakılıq əlamətləri aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Məlumata gorə mərhum 3 ildir ki Almaniyada yaşayırmış. Onun Ermənistandan köçkün düşəndən sonra Mingəçevirdə yaşadığı bildirilir.