Əsgər 4 yaşlı qızı zorlayıb qəddarcasına öldürdü

İraqda qəddarlığı ilə bütün dünyaya səs salan cinayət hadisəsi baş verib. Qanlı cinayət İraqın Bursa şəhərində törədilib.

İraq ordusunda xidmət edən əsgər 4 yaşlı qızı zorlayaraq öldürüb. Evdən dükana sirniyyat almağa çıxan qızcığaz yolda əsgərə rast gəlib. 26 yaşlı şəxs uşağı tək görərək onu qaçırıb və xarabalığa apararaq zorlayıb.

Bir cinayətlə kifayətlənməyən manyak insanlığa sığmayan cinayətinin üstünə daha birini əlavə edib. O, öz iyrənc əməllərini həyata keçirəndən sonra uşağın başını daşla əzərək öldürüb. Daha sonra körpənin meyitini torpağa basdıraraq hadisə yerindən uzaqlaşıb.

Yaxınlıqdakı adamlar xarabalıqdan şübhəli insanın çıxdığını görüb polisə xəbər veriblər. Polis tərəfindən saxlanılan manyak cinayəti etiraf edib. Polisin "bunu niyə etdin" sualına isə özünəməxsus tərzdə "elə belə" deyə cavab verib. Meyitin valideynlərə təhvil verildiyi zaman qızcığazın ovcunda şirniyyat almaq üçün valideynlərindən aldığı pul olub.

İnci
AzNews.az