Uzunoba kəndində qeydə alınan hadisə ilə bağlı bir sıra təfərrüatlar məlum olub. Uzunoba kəndində qeydə alınan hadisə ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

Qayınata gəlinini yaba ilə qətlə yetirdi - Xaçmazda (Yenilənib 2)

Uzunoba kəndində qeydə alınan hadisə ilə bağlı bir sıra təfərrüatlar məlum olub.


Kənd sakini, 62 yaşlı Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 32 yaşlı Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

AzNews.az Region TV-yə istinadən bildirir ki, ölən şəxsin keçmiş həyat yoldaşı Elsevər Adıgözəlov kamera qarşısında danışmaq istəməsə də, bildirib ki, gecə saatlarında atası mal-qaraya qulluq göstərərkən, qapı döyülür. Qapını açan qayınata isə gəlinin təhqiramiz ifadələrinə məruz qalır. Bu vaxt əlindəki yaba ilə gəlinə xəsarət yetirir. Gəlin isə bir neçə metr getdikdən sonra yıxılır və həyatını itirir.

3 uşaq anası olan Rəmziyyə Əbdürrəhmanova həyat yoldaşından 7 il öncə ayrılıb. Məhkəmənin qərarına əsasən o, həyat yoldaşı ilə eyni evdə yaşayıb.

Qabil Abdulrəhmanov - qətlə yetirilən şəxsin atası: "7 min aliment pulu verməlidir, o pulu vermir. Neçə ildir, vermir. Qız tələb edir ki, aliment pulumu ver. Söhbətləri düşüb, qıza deyib ki, sən gələrsən axşam evə".

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


***
11:50

Xaçmaz rayonu Uzunoba kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov gəlini 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək öldürüb. İlkin məlumatda M.Adıgözəlovun hadisəni sərxoş halda törətdiyi deyilir.

Kənd sakinlərinin verdiyi məlumata görə, Rəmziyyə yoldaşından 5-6 il əvvəl rəsmi şəkildə boşanıb. Lakin o hələ də keçmiş ərinin evində qalırmış: "Onun Elsəvərlə evliliyindən 2 qızı,1 oğlu olub. Böyük qızın 14, ikincinin 12, oğlanın 9 yaşı var. Sonra qadın düzgün yolda olmadığına görə, boşanıblar. Boşanandan sonra Elsevər başqa bir qadınla ailə qurub. Həmin qadından da iki uşağ var. Təxminən evdə 10 nəfər qalırdılar. Amma münasibətləri yaxşı olmayıb. Rəmziyyənin davranışları, düzgün yolda olmaması səbəbindən həmişə problemləri olub. Rəmziyyə qonşu kənddən olub. Lakin qadın heç vaxt valideynlərinin yanına qayıtmayıb. Bunun səbəbini isə bilmirik".

Sakinlərin sözlərinə görə, hadisə baş verəndə evin digər sakinləri də orada olub: "Aralarında dava olub. Gəlin qonşunun həyətinə qaçıb. Qayınatası da arxası ilə qaçıb və onu yaba ilə vurub öldürüb".

Publika.az

***
10:11
Xaçmazda dəhşətli qətl törədilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA.az