Qadın dəniz kənarında damarlarını doğradı

Dünən günorta saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 40 yaşlı qadın öz qanını töküb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1973-cü il təvəllüdlü Nülufər Adıgözəlova intihara cəhd edib.

O, dəniz kənarına gedərək sol qolunun damarlarını doğrayıb. Qadın qan içərisində yaxınlıqdakə insanlar tərəfindən tapılıb. Hadisə yerinə polis və həkim çağırılıb. Nülufər Adıgözəlova huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində qadını həyata qaytarmaq mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az