Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən şəxs 35 min manat dələduzluq edib. Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən şəxs 35 min manat dələduzluq edib.

Şirkət rəhbərindən 35 min manatlıq - Dələduzluq - Bakıda

Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən şəxs 35 min manat dələduzluq edib.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə zərərçəkən 47 yaşlı Kəmalə Əliyeva hüquq-mühafizə orqanlarına yazılı şikayətində bildirib.

Belə ki, Elnur adlı şəxs özünü K.Əliyevaya "Əzizbəyov-KM" MMC-nin direktoru kimi təqdim edərək ondan 35 000 manat pul alıb. K.Əliyevanı arxayın edərək Telnov küçəsi 2347/48 ünvanında tikilməkdə olan binadan mənzilin birinin onun olacağını deyib və pulu götürüb. Sonradan məlum olub ki, həmin mənzil başqa bir şəxsə aiddir.

Faktla bağlı araşdırma aparılır.