Yasamal polisində intihar

Bakı şəhərinin Yasamal rayonunda, rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxs ölüb. Lent.az-ın məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış 1968-ci il təvəllüdlü Rəhimov İmamyar Ümidvar oğlunun halı qəfil pisləşib. Dərhal polis idarəsinə təcili tibbi yardım maşını çağırılıb. İ.Rəhimov polis nəzarəti altında Kliniki Tibbi Mərkəzə gətirilib və orada ölüb.

Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib.

AzNews.az