Tovuz rayon sakini özündə olan silah-sursatı polisə könüllü təhvil verib. Tovuz rayon sakini özündə olan silah-sursatı polisə könüllü təhvil verib.

Polis bölməsinə “top-tüfəng“lə gəldi

Tovuz rayon sakini özündə olan silah-sursatı polisə könüllü təhvil verib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayan Yasin Sadıqov 1 ədəd "KOMBAT-PP" markalı qaz tapançasını, 1 ədəd ov tüfəngini, 1 ədəd "F-1" qumbarasını və 219 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Qovlar polis bölməsinə təhvil verib.

Hazırda Sadıqovun bu qədər silah-sursatı necə əldə etməsinə dair araşdırma aparılır.

Silahların əvvəllər törədilmiş hər hansı cinayətdə istifadə olunub-olunmasını təyin etmək məqsədilə eksertiza təyin edilib.

AzNews.az