Əmisi oğlunu güllələdi

Şamaxı rayonunda güllələnmə hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Dağ Bağırlı kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Beydullayev Müşfiq Fərzi oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq əmisi oğlu, 1982-ci il təvəllüdlü Beydullayev Beydulla İmanqulu oğlunu ağır dərəcədə yaralayıb.

Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan Beydulla Beydullayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. M. Beydullayevin əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az