Qobustan rayonunun Poladlı kəndində 26 yaşlı gəlinin həyat yoldaşını döyüb, qaynanasını baltalamasının bəzi təfərrüatı məlum olub. Qobustan rayonunun Poladlı kəndində 26 yaşlı gəlinin həyat yoldaşını döyüb, qaynanasını baltalamasının bəzi təfərrüatı məlum olub.

Hamilə gəlin ərini döydü, qaynanasını ət baltası ilə doğradı - TƏFƏRRÜAT

Qobustan rayonunun Poladlı kəndində 26 yaşlı gəlinin həyat yoldaşını döyüb, qaynanasını baltalamasının bəzi təfərrüatı məlum olub.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisəni törədən Siyatel İbrahimova 4 ildir ki, sözü gedən kəndə gəlin köçüb:

“Hadisə dünən axşam saatlarında baş verib. Siyatel əri Ağababa Əkbərov ilə mübahisə edib. Aradan bir az keçəndən sonra baxıb ki, həyat yoldaşı yatıb. Həmin anda gəlin aftafanı götürüb yatdığı yerdə Ağababanın başına vurub. Kişi başından xəsarət alıb. Səhəri günü isə Siyatel qaynanası Tahirə Əkbərova ilə mübahisə edib. Qadın əlində balta ət doğrayırmış. Gəlin mübahisə zamanı qaynanasının əlindəki baltanı alaraq onun başına bir neçə yerdən zərbələr endirib. Özü də qadının başına baltanın kəsən hissəsi ilə vurub. Ağababa araya girmək istəyəndə isə Siyatel əlindəki balta ilə qovalayıb. Tahirə Əkbərovanın vəziyyəti pisdir, Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər təcili əməliyyat olunacağını deyib”.

Kənd sakinləri bu ailədə heç vaxt ciddi mübahisə olmadığını vurğulayıb: “Siyatelin iki uşağı var, üçüncüyə hamilədir. Hazırda atası evindədir. Kəndə belə söhbət gəzir ki, gəlinin səhhətində problem yaranıb. Deyilənə görə gəlinin atası qızın əlini bağlayıb işgəncə verib”.

Bahar RÜSTƏMLİ
AzNews.az