Lənkəran rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Vilvan kəndində qeydə alınıb. Lənkəran rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Vilvan kəndində qeydə alınıb.

Bacısının ərini baltaladı - 6 sot torpaq üstündə

Lənkəran rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Vilvan kəndində qeydə alınıb.

Kənd sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Mahir Əzimov evində münaqişə zəminində həmkəndlisi, bacısının əri Sakit Yusubovun baş nahiyəsinə balta ilə xəsarət yetirib.

Nəticədə Sakit Yusubov hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticədə Mahir Əzimov saxlanılıb.

Məlumata görə, qətl hadisəsi torpaq mübahisəsi zəminində baş verib.

Bildirilir ki, Mahir Əzimovun atası 6 sot torpaq sahəsini qızana verib. Bu isə Mahirin xoşuna gəlməyib. O, bununla bağlı yaşadıqları evdə bacısının əri ilə mübahisə edib.

Mübahisə sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb. (teleqraf.com)