Koba Krosnadarski aprelim 1-də polis tərəfindən saxlanıldı Koba Krosnadarski aprelim 1-də polis tərəfindən saxlanıldı

7 günün “qanuni oğru”su həbs edildi

Koba Krosnadarski aprelim 1-də polis tərəfindən saxlanıldı



Rusiyada kriminal aləmin tanınmış və qalmaqallı nümayəndələrindən biri, "qanuni oğru" Koba Dzidzvili həbs edilib. "Koba Krasnodarski" ləqəbi ilə tanınan "qanuni oğru" bir sıra ağır cinayətlərin törədilməsində şübhəli bilinir.

Bildirək ki, quldurluq əməllərinə görə də federal axtarışda olan Koba Krasnodarski Rostov və Krasnodarda kriminal qruplaşmalara nəzarət edirdi.

Saxlandıqdan sonra dindirilən Koba daha sonra istintaq təcridxanasına aparılıb.

1972-ci ildə Gürcüstanda doğulan Koba Krasnodarski öz kriminal karyerasında dəfələrlə qalmaqalların mərkəzində dayanıb. 1997-ci ildə "qanuni oğru" olmaq istəyən Kobaya o vaxt rədd cavabı verilib. Səbəb isə onun narkotikdən asılılığı olub.

Daha sonra həbsxanada növbəti dəfə həbs çəkəndə o, işlə təminatla bağlı ərizə yazıb. "Oğru" ənənələrinə görə, bununla da "taca" gedən yolunu öz əli ilə bağlamış olub.

2012-ci ildə Yunanıstanda keçirilən "sxodka"da Kobanın taclandırılması yenidən müzakirə edilib. Məsələni Roman Kaşayev və Vadim İvanenko qaldırıb. Ancaq bu dəfə də "taclandırma" mərasimi baş tutmayıb.

Nəhayət bu ili martın 25-də "taca" layiq görülən Koba Krosnodarski bundan cəmi 7 gün sonra, aprelin 1-də həbs olunub.

Elnarə Əlosmanqızı
AzNews.az