- Köhnə - Kriminal
- 5 İyun 2013 12:08
- 3 568
Gürcü mafiyasına böyük zərbə: 40 nəfər həbs edildi
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlananlar kredit kartları ilə fırıldaqçılıq, soyğun, qanunsuz ticarətdə ittiham edilir. Bununla yanaşı onlar gürcü emiqrantları himayə də ediblər.
Həbslə nəticələnən istintaq isə hələ 2011-ci ildə başlayıb. Adı mafiya qruplaşmasının rəhbəri kimi çəkilən Artur adlı şəxs də həbs olunanlar arasındadır.
Polisin məlumatına görə, gürcü mafiyası Qərbi Avropada SSRİ dağıldıqdan sonra peyda olub. Sovet ənənələrini qoruyub saxlayan gürcü cinayətkarlara "qanuni oğru" rəhbərlik edib.
Xatırladaq ki, 1 il əvvəl də Paris və Lionda keçirilən əməliyyatda Gürcüstan və Ermənistandan olan 20 cinayətkar həbs edilmişdi.
Elnarə
AzNews.az