Daha bir “qanuni oğru” həbs edildi

Rusiyada gürcü "qanuni oğru"ların həbsi davam edir. İyulun 24-də Moskvanın cənubunda 54 yaşlı "qanuni oğru" Paata Tvalçrelidze həbs edilib. O, kriminal aləmdə "Balaca Paata" kimi tanınır. "Прайм Крайм"ın məlumatına görə, "qanuni oğru"nun həbsinə səbəb narkotik maddə saxlaması olub.

Qeyd edək ki, "Balaca Paata" 2011-ci ildə də eyni motivlə həbs edilmişdi. Məhkəmə onu şərti olaraq 3 il azadlıqdan məhrum etmişdi.

Elnur
AzNews.az