Azərbaycanda dəhşətli qətl

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.

İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Nəriman Nərimanov küçəsi, 171 ünvanında qeydə alınıb.

Rayon sakini, 1944-cü il təvəllüdlü Davud İslam oğlu Abbasov aralarında yaranan münaqişə nəticəsində rayon ərazisində qaz pulu yığan 1962-ci il təvəllüdlü Mübariz Xosrov oğlu Fərəcovu tüfəngdən atəş açaraq qətlə yetirib.

Daha sonra D. Abbasov tüfənglə özünü də vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az