Məktəbdə şagird bıçaqlandı- Yenilənib

Bakıda orta məktəbdə törədilən qətllə bağlı bəzi detallar məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə zamanı öldürülən Famil Gümüşov həmin orta məktəbin şagirdi deyil. Hadisə məktəbin həyətində, təxminən 2 saat əvvəl baş verib. Səs-küyə gələn şagirdlər F. Gümüşovun qan içində olduğunu görüblər. Təcili yardım çağırılsa da, o gələnədək artıq F. Gümüşov keçinibmiş.

Qeyd edək ki, APA-nın xəbərinə görə, hadisə bu gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Həmin məktəbin şagirdi Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***
16:44
Bakıda orta məktəb şagirdi qətlə yetirilib.

Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Həmin məktəbin şagirdi Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

AzNews.az