52 yaşlı qadın bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsi Katovski küçəsi ev-1, mənzil 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Kəmalə Musa qızı Rzayeva naməlum şəraitdə bıçaqlanıb. K. Rzayeva ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

AzNews.az