“Şahzadə” restoranında ermənilər güllələndi


Moskvada "Şahzadə" restoranında ermənilər güllələnib. Hadisə oktyabrın 20-də baş verib. 3 nəfər ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə iki qrup arasında baş verən mübahisə nəticəsində yaranıb. Tərəflər bir-birinə qışqırıb və daha sonra güllə səsləri eşidilib.

19 yaşlı Qanik Maqlyan, 23 yaşlı Ararat Sarkisyan və 21 yaşlı Arman Sarkisyan yaralanıb.

Hadisənin iki naməlum şəxs tərəfindən törədildiyi bildirilir. Onlar BMV markalı maşınla hadisə yerindən qaçıblar.

Elnur
AzNews.az