“Qanuni oğru” Lotu Qulinin yaxın adamı deportasiya edildi

"Qanuni oğru" Lotu Qulinin qardaşı, yeni "taclandırılaraq" oğru aləminə qədəm qoymuş Namiq Səlifovun himayədarı kimi tanınan "qanuni oğru" Qela Kardava deportasiya olunub.
AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, onu oktyabrın 22-də Georgian Airways – a məxsus "Moskva-Tbilisi" reysi ilə ölkəsinə göndərilib. 39 yaşlı "qanuni oğru"ya məhkəmə qərarına əsasən onu 5 il müddətinə Rusiyaya getmək qadağan edilib. Q.Kardava oktyabrın 21-də Nametkina küçəsində polis tərəfindən saxlanılıb.

Onun Rusiya vətəndaşlığını əldə etməsi ilə bağlı məlumatlar araşdırılarkən bir çox qanunsuzluqlara yol verildiyi aşkarlanıb.
Beləliklə də Kardavanın Rusiya vətəndaşlığını təsdiqləyən sənədi qanunsuz hesab edilib.

Elnur
AzNews.az