Şamaxıda bankomatdan külli miqdarda pul oğurlandı

Şamaxıda bankomatdan külli miqdarda pul oğurlanıb. Kanal S-ə istinadən xəbər verilir ki, hadisə rayonun Göylər kəndində baş verib. Kəndin mərkəzində olan mağazanın içərisində yerləşdirilmiş 80 min manat dəyəri olan bankomat oğrular tərəfindən yararsız hala salınıb və içərisindəki pul vəsaiti mənimsənilib.

Oğurluq çox peşəkarlıqla həyata keçirilib. Cinayətkarlar əvvəlcə dəmir pəncərəni kəsici və deşici alətlərlə qiraraq içəri daxil olublar. Bundan sonra pul seyfini özləri ilə gətirdikləri qaynaqla əridiblər. Pulu götürdükdən sonra isə mağazani yandırıb, izləri itirmək məqsədi ilə özləri ilə gətirdikləri qaz balonlarını yanılı vəziyyətdə qoyub hadisə yerini tərk ediblər. Oğrular mağazada olan təhlükəsizlik kameralarını da yaraesız hala salmağı unutmayıblar.

Oğurluğun kim tərəfindən törədildiyi və bankomatdan nə qədər pulun aparılması hələlik bəlli deyil. Oğurlanan pullardan başqa, cinayətkarlar mağazaya 5000 manat dəyərində maddi ziyan vurublar. Fakta bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az