“Qanuni oğrular” arasında atışma –Lənkəranski rəqiblərini “təmizləyir”

Kriminal aləmdə kifayət qədər nüfuzu olan, azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin rəqibi, Ded Xasanın klanına daxil olan "qanuni oğru" Qela Kardavanın "taclandırdığı" iki "qanuni oğru"nun statusu alınıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal klanlar arasında mübarizə bir neçə gün əvvəl Odessada əlbəyaxa dava ilə sonuclanıb. Oğru klanlarının nümayəndələri təsadüfən oteldə qarşılaşıb və davanın qarşısını almaq mümkün olmayıb.

"Qanuni oğru" Taxi ləqəbli Georgi Uqlava və Kaxa Parpaliya təsadüfən Qela Kardavanın "taclandırdığı" Lesko Loqua ilə üz-üzə gəlib. Onlar eyni zamanda Odessada olublar, bir-birilərini tanımaqlarına baxmayaraq, görüşməyiblər. Taxi Lasko ilə görüş axtararaq onunla keçmiş mübahisələri həll etmək istəsə də, oteldəki təsadüfi görüşdən əvvəl onu tapmaq mümkün olmayıb.

Qəfil görüş zamanı tərəflər tək olmayıb. Leskonun yanında 20-yə yaxın şəxsin olduğu bildirilir. Taxi və Kaxanın yanındakı adamların sayı iki dəfəyə yaxın az olub. Lesko "qanuni oğru"ları gördüyü zaman silahını çıxararaq, onları hədələyib. Hətta havaya atəş açıb. Bundan sonra Taxi ona hücum edərək tapançasını əlindən alıb və döyməyə başlayıb. Hər iki tərəfdən adamlar əlbəyaxa davaya qatılıb.

Kaxa Parpaliya davanı yatırmaq üçün ucadan "qanuni oğru" olduğunu və hamını sakitliyə çağırdığını bildirib. Dava iştirakçıları "qanuni oğru"nun tapşırığını yerinə yetirməməyə cəsarət etməyib. Atəş açan Leskonun aqibəti isə yaxşı olmayıb. Çünki oğru qanunlarına görə, "qanuni oğru" özü şəxsən silah gəzdirmir və gəzdirdiyi təqdirdə ondan xəbərdarlıq üçün istifadə etmir.

Əgər "qanuni oğru" silahdan atəş açırsa, bu xəbərdarlıq üçün havaya açılan atəş olmayıb, birbaşa hədəfə yönəldilməlidir. Bu qaydalara əməl etməyən Lesko dərhal statusdan məhrum edilib. İndiyə qədər onu dəstəkləyən digər "qanuni oğru" da Leskodan üz çevirdiyinə görə, o, Yunanıstana öz hamisi Qela Kardavanın yanına getməli olub.

Bu artıq Qela Kardavanin himayəsində olan və statusu alınmış ikinci oğrudur. Belə ki, Leskonun "tac" yoldaşı Nukri də tacından məhrum edilib. Bəzi dairələr onu ümumiyyətlə "qanuni oğru" kimi tanımayıb.

Səbəb isə "sxodka"dan sonra Murman Lemoncavanın Nukrinin statusunu
qəbul etməməsi olub.

Bu hadisədən sonra Nukriyə məsləhət görülüb ki, "qanuni oğru" adının təsdiqlətmək istəyirsə ona qarşı olan şəxslərlə problemi həll etməlidir. O zamana qədər isə "sxodka"nın qərarı tanınmayacaq.

Beləliklə qısa müddətdə Gela Kardava "taclandırdığı iki "oğru"dan məhrum qalıb.

Elnur
AzNews.az