Hər iki yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib Hər iki yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib

Bakıda bir gündə iki gənc bıçaqlandı

Hər iki yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib



Dünən Bakıda iki bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, fevralın 19-da Nərimanov rayonu ərazisində yerləşən "Montin" bazarı kimi tanınan ticarət mərkəzində naməlum şəraitdə 30 yaşlı Emin Şükürov bıçaqlanıb. Hadisəni rayonun 18-ci Polis bölməsi araşdırır.

Növbəti bıçaqlanma hadisəsi isə Səbail rayonu Salyan yolu küçəsi 83 a ünvanında qeydə alınıb. 21 yaşlı şəhər sakini Əbilov Ehtiram Etibar oğlu naməlum şəraitdə bıçaqlanıb. Hər iki xəsarət alan ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Amid
AzNews.az