Yasamalda daha bir bıçaqlanma


Yasamalda daha bir bıçaqlanma hadisəsi baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, bu gecə Yasamal rayon Şərifzadə küçəsində bir nəfərin bıçaqlanması ilə bağlı müraciət olunub.

Xəsarət alan şəxs rayon sakini 27 yaşlı Nicat Abbasov naməlum şəraitdə bıçaqlanıb. O, həkimlərin səyi nəticəsində Klinik Tibbi Mərkəzə çatdırılıb. Hadisənin araşdırılması üçün, 28-ci polis bölməsinə məlumat verilib.

Amid Əyyuboğlu
AzNews.az