“Qanuni oğru” ölkədən qaçdı, beynəlxalq axtarışa verildi

30 aprel 2014-cü ildə Narın şəhər (Qırğızıstan) məhkəməsi məşhur "qanuni oğru" Əziz Batukaevin ağır xəstəlikdən əziyyət çəkdiyinə görə çəkilməmiş 8 il, 3 ay, 17 gün cəzasından azad edilməsi barədə 9 aprel 2013-cü ildə verdiyi hökmün ləğv edilməsi barədə qərar qəbul edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 6 may 2014-cü ildə Məhkəmə Əziz Batukaevin azad edilməsi barədə qərarın qəbul edilməsindən imtina edib. "Qanuni oğru" isə azad edilməsi barədə qərar qəbul edilən gün təcili relslə vətəni Çeçenistana qaçıb. Nəticədə, Əziz Batukaev beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, kriminal elitanın nümayəndəsi olan "qanuni oğru" Əziz Batukaev ağır cinayətlərdə ittiham olunur. Onun cəzası 8 ildən sonra başa çatmalı olsa da, ağır xəstiyinə görə vaxtından əvvəl azad edilib. Belə ki, aprel ayında "qanuni oğru"ya qan xərçəngi diaqnozu qoyulub. Lakin daha sonra, parlament komissiyası bu diaqnozun saxtalaşdırıldığını elan edib.

Aydan Axundova