3 saylı İstintaq Təcridxanasında həyat yoldaşına telefon və danışıq kartları keçirən şəxs saxlanılıb. 3 saylı İstintaq Təcridxanasında həyat yoldaşına telefon və danışıq kartları keçirən şəxs saxlanılıb.

Əri üçün cinayətə əl atdı – Bakıda

3 saylı İstintaq Təcridxanasında həyat yoldaşına telefon və danışıq kartları keçirən şəxs saxlanılıb.


Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən AzNews.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Rusiya vətəndaşı, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilmiş şəxs Elbrus Esedullaxoviç Karibova həyat yoldaşı, Rusiya Federasiyasının Kabardino-Balkariya Respublikasında yaşayan vətəndaş Amina Oleqovna Sasikovanın gətirdiyi sovqata baxış keçirilən zaman sellofan paketin içərisində gizlədilmiş bir ədəd "Samsunq Duos" markalı mobil telefon aparatı, üç ədəd "Meqafon", "Belain" və "Türkcell" danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az