Eldəniz Quliyev bu gün həbs oluna bilər – Təcili məhkəmə

Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev Daxili İşlər naziri rəhbəri Ramil Usubovun iddiası haqqında iş üzrə təcili olaraq Nəsimi rayon məhkəməsinə çağırılıb.


Bu barədə AzNews.az-a açıqlama verən E.Quliyevin sözlərinə görə, ona bu gün polis şöbəsindən zəng olunub və məhkəməyə dəvət edilib: "Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17:30-da Nəsimi rayon məhkəməsinə çağırıblar. Məhkəmədə həbs qətimkan tədbiri məsələsinə baxılacaq".

Xatırladaq ki, Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib. DİN rəhbəri bunda bütünlükdə polisə qarşı təhqir və böhtan görərək, polisin şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırıb. Sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza təyin edib.

Bahar Rüstəmli
AzNews.az