Göygöldə bıçaqlanma hadisəsi baş verib. Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Göygöl sakini bacısına mesaj yazan şəxsi bıçaqlayıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.




Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Çaykənd kənd sakini, 1992-ci il təvəllüdlü Şahbaz Mərdanov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən 22 yaşlı gənc reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Ş. Mərdanovu bıçaqlayan şəxs, onun həmkəndlisi, 1993-cü il təvəllüdlü Əli Ağababayev saxlanılıb. Məlumata görə, hadisə mesaj üstündə baş verib. Əli Ağababayev bacısının telefonuna gələn mesajın Şahbaz Mərdanov tərəfindən göndərildiyini öyrənib və bıçağa əl atıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


AzNews.az