Bakının Yasamal rayonunda “Xəzər tv"də yayımlanan “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadəni bıçaqlayan şəxs tutulub. Bakının Yasamal rayonunda “Xəzər tv"də yayımlanan “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadəni bıçaqlayan şəxs tutulub.

Aparıcını bıçaqlayan şəxs həbs edildi

Bakının Yasamal rayonunda “Xəzər tv"də yayımlanan “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadəni bıçaqlayan şəxs tutulub.



AzNews.az xəbər verir ki, Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun anspress-ə verdiyi məlumata görə, aparıcını bıçaqlayanın Elvin Şirinov adlı qonşusu olduğu müəyyənləşib. Keçirilən əməliyyat nəticəsində onu saxlayıblar.

Qeyd edək ki, Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı "Xəzər" televiziyasında "Ləziz dad" proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomabilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.

Hadisədən sonra yaralı ağır vəziiyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyat olunan zərəçəkənin həyatını həkimlər xilas edə biliblər.