- Köhnə - Kriminal
- 17 Mart 2015 10:18
- 4 790
76 yaşlı kişi həyat yoldaşını baltaladı - Şəkidə
Şəkidə 76 yaşlı kişi 68 yaşlı arvadını balta ilə qətlə yetirib.
AzNews.az xəbər verir ki, bu barədə məlumat Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilib. Məlumata görə, hadisə ötən axşam saat 22 radələrində rayonun Baş Göynük kəndində baş verib.
1939-cu il təvəllüdlü, İslam Zəkəriyyə oğlu Abduyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1947-ci il təvəllüdlü İrayə Məmməd qızı Məmmədovanın baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. İ. Abduyev saxlanılıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.