Bakı şəhərində avtomobil oğrusu ələ keçirilib. Bakı şəhərində avtomobil oğrusu ələ keçirilib.

Avtomobil oğrusu ələ keçirildi

Bakı şəhərində avtomobil oğrusu ələ keçirilib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Aprelin 18-də Osman Cəbrayılovdan soyğunçuluq yolu ilə "Lada-Priora" markalı avtomobil alınıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Bakı şəhər sakini Azər Məmmədov törədib.

Onun oğurladığı avtomobil M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib.

Azər Məmmədov Suraxanı RPİ 33-cü PB əməkdaşları tərəfindən saxlanılıb.