- Köhnə - Kriminal
- 23 Aprel 2015 16:29
- 5 116
FHN-in keçmiş bölmə rəisi barədə cinayət işi açıldı – 8 min manat rüşvət
Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı barəsində cinayət işi açılıb.
Bu barədə AzNews.az-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Anar Allahverdiyev adlı şəxs FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində çalışıb. O, vəzifədə olduğu müddətdə qulluq mövqeyindən istifadə edərək Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirib. Zərəçəkmiş bu barədə161 saylı "Qaynar xətt"i ilə əlaqə saxlayıb. Müraciət araşdırılıb və sözügedən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.