Bacısını boğaraq öldürdü - Qətl

Beyləqan rayonunda qətl hadisəsi baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 28-də Beyləqan rayonunun Örənqala qəsəbəsində qəsəbə sakini Əli Süleymanov ailə münaqişəsi zəminində bacısı Solmazı boğaraq öldürüb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənov tutulub.